İsveç donanması Rusiya sualtı qayığını Baltikdə təqib edir
Tarix: 16-10-2025 10:55 | Bölmə: Dünya
İsveç donanması Rusiya sualtı qayığını Baltikdə təqib edir

İsveç Silahlı Qüvvələri Baltik dənizində Rusiyaya məxsus sualtı qayıq aşkarlayaraq təqib edir.

Reyting.az
xəbər verir ki, İsveç Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, sualtı qayıq Böyük Kəmər boğazından keçərək Baltik dənizinə daxil olub, sonradan İsveç və Danimarka arasındakı Kattegati boğazında görünüb.

İlkin məlumatlarda bildirilir ki, sualtı qayıq Kilo sinifli çoxməqsədli dizel-elektriklidir. Bu sualtı qayıqlar dünyanın ən səssizlərindən sayılır, həm kəşfiyyat, həm də zərbə missiyaları yerinə yetirmək qabiliyyətinə malikdir.

Bir neçə gün əvvəl Fransa sahillərində sulara çıxan, daha sonra Şimal dənizində Danimarka boğazlarına doğru çəkilərkən görünən “Novorossiysk” sualtı qayığı da bu tipdəndir.

Bunun Novorossiysk, yoxsa başqa bir Rusiya sualtı qayıq olduğu məlum deyil.

İsveç ordusu müşahidə və təqibləri davam etdirsə də, hələlik Moskva məsələyə rəsmi şərh vermir.

Bundan əvvəl Fransız donanmasının freqatı Alyansın dənizə yaxınlaşmalarını izləyib və Rusiya sualtı qayığının mövcudluğunu qeyd edib. NATO təsdiqləyib ki, o, Atlantikadakı vəziyyəti daima izləyir və üzv dövlətləri müdafiə etməyə hazırdır.

Rusiya Qara Dəniz Donanmasından verilən açıqlamada, Rusiya dizel sualtı gəmisi Novorossiyskin naviqasiya qaydalarına riayət etmək üçün Fransa sahillərinə daxil olub. Bu, Rusiyanın sualtı qayığın ciddi nasazlıqla üzləşdiyi barədə xəbərləri təkzib etmək cəhdidir.

NATO-nun baş katibi Mark Rutte sualtı qayığın vəziyyətini orijinal şəkildə şərh edib:

“İndi, mahiyyətcə, Rusiya Hərbi Dəniz Qüvvələri Aralıq dənizində demək olar ki, tamamilə yox olub. Yalnız bir zədələnmiş Rusiya sualtı qayığı var, yavaş-yavaş patruldan evə qayıdır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər