20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Konqresin yeganə Fələstin əsilli üzvü Baydenə səs verməyib
Tarix: 28-02-2024 11:54 | Bölmə: Dünya
Konqresin yeganə Fələstin əsilli üzvü Baydenə səs verməyib

ABŞ Konqresində Fələstin əsilli yeganə nümayəndə Rəşidə Tlaib amerikalı müsəlmanların cəmləşdiyi Miçiqan ştatında keçirilən Demokrat Partiyasının praymerizində prezident Co Baydenə səs verməyib. Buna səbəb C. Baydenin Qəzza siyasətidir.

Reyting.az
-ın xəbərinə görə, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri yaxınlaşdığından, bu gün Miçiqan ştatında növbədənkənar seçkilər keçirilir.

Miçiqan ştatından ABŞ Nümayəndələr Palatasına seçilən və bu ilki seçkilərdə yenidən namizəd olacaq Fələstin əsilli nümayəndə Tlaib də öz rayonunda səs verib.

Səsvermə prosesi ilə bağlı video-paylaşımında Rəşidə Tlaib Baydenə deyil, “qərarsız səs” variantına üstünlük verdiyini bildirib: “Bu gün zala daxil olmaqdan və Demokrat Partiyasının seçki bülleteninə “qərarsız səs” verməkdən qürur duyuram. Demokratiyamızı qorumalıyıq. Miçiqan ştatında demokratların 74 faizi atəşkəs rejimini (Qəzzada) dəstəklədiyi halda, prezident Bayden bizi eşitmir. Bu vəziyyətdə biz demokratiyadan istifadə edərək “Bizi dinlə, Miçiqan!” - deyə bilərik”.

Baydenin əyalətdəki ilkin seçkiləri asanlıqla qazanacağı gözlənilsə də, qərarsız səslərin nə qədər olacağı maraq doğurur. Ştatda xristian və ya ərəb əsilli müsəlman və ya müxtəlif etnik mənşəli amerikalı müsəlman olan 300 mindən çox seçici var.

Onu da xatırladaq ki, 2020-ci il prezident seçkilərində Bayden təxminən 150 min səs fərqi ilə Miçiqanda qalib gəlmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər