Başı kəsilmiş hərbçinin şəxsiyyəti müəyyənləşib
Tarix: 19-06-2024 17:04 | Bölmə: Dünya
Başı kəsilmiş hərbçinin şəxsiyyəti müəyyənləşib

Ukrayna hüquq-mühafizə orqanları Donetsk vilayətində rus hərbçiləri tərəfindən başı kəsilən ukraynalı hərbçinin şəxsiyyətini müəyyən edib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostin məlumat verib.

“Dünən Donetsk vilayətində Ukrayna müdafiəçisinin vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı istintaqa gəlincə, mərhumun kimliyi müəyyənləşib, indi onun adını açıqlaya bilmərik, çünki onun məlumatlarını təsdiqləmək üçün prosedurlar davam edir”,- deyə baş prokuror bildirib.

Kostin əlavə edib ki, ukraynalı müdafiəçinin başının kəsilməsinə görə məsuliyyət daşıyan rus komandirləri də müəyyən edilib. Hazırda bu məlumatın yoxlanılması üçün kompleks tədbirlər həyata keçirilir.

Onun sözlərinə görə, bu fakt Rusiyanın beynəlxalq hüquqa və ümumbəşəri əxlaqa tamamilə məhəl qoymadığının və terrorçu siyasət apardığının daha bir təsdiqidir.

Qeyd edək ki, iyunun 18-də Ukraynanın baş prokuroru Andrey Kostin bildirib ki, rus hərbçilər Donetsk vilayətində ukraynalı hərbçinin başını kəsiblər. Baş prokuror bütün sivil dünyanı təcavüzkar ölkəni belə bir əmələ görə təcrid etməyə və cəzalandırmağa çağıraraq, təcavüzkarın törətdiyi hərbi cinayətlərin ayrı-ayrı hadisələr deyil, Rusiya rejiminin planlı strategiyası olduğunu vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər