Ermənistan polisi separatçıların ofisinə daxil olub - Video
Tarix: 21-06-2024 15:56 | Bölmə: Dünya
Ermənistan polisi separatçıların ofisinə daxil olub

Ermənistanın xüsusi təyinatlı qüvvələri vaxtilə Qarabağda qanunsuz fəaliyyət göstərmiş qondarma rejimin Ermənistandakı "nümayəndəliyinə" daxil olublar.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin xüsusi bölməsinin əməkdaşları "nümayəndəliyin" qapılarını sındıraraq içəri giriblər.

Ehtimala görə, onlar "nümayəndəliyin" ərazisindəki xidməti avtomobili müsadirə etməyə gəliblər.

Qeyd edək ki, iyunun 7-də polis Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyana xidmət edən avtomobili müsadirə etmək üçün "nümayəndəliyə" girməyə cəhd etmişdi.

"Hraparak" nəşri isə yazır ki, Samval Şahramanyan dindirilməyə dəvət olunub.

Onu da qeyd edək ki, ötən il antitteror tədbirlərindən sonra separatçılar təslim olub. Bundan sonra Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər