Zelenski Putinin Xarkovla bağlı planını açıqlayıb
Tarix: 10-07-2024 09:17 | Bölmə: Dünya
Zelenski Putinin Xarkovla bağlı planını açıqlayıb

“Rusiya lideri Vladimir Putin Amerika Konqresinin altı aydan artıq Ukraynaya yeni yardımı təsdiq edə bilməməsindən istifadə edərək Xarkovu ələ keçirmək istəyirdi”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Ronald Reyqan Prezident Fondunda çıxışı zamanı deyib.

Zelenski bildirib ki, rus ordusu Xarkov sakinlərini qaçmağa məcbur etmək üçün hər gün şəhəri vurur.

Ukrayna liderinin sözlərinə görə, bu, Putin üçün məqsəddir: “O, Konqresdə altı aydan çox olan Ukraynaya yardım fasiləsindən istifadə etmək istəyirdi, ona görə də hazırda bir milyon yarım insanın yaşadığı Xarkovu tez işğal etmək istəyirdi”.

Zelenski əlavə edib ki, Rusiya Federasiyasının Xarkov vilayətinə yeni hücumu zamanı Kiyev sərhəddə yerləşən bəzi kəndləri itirib, lakin sakinləri xilas edə bilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər