İsrail Fələstini tanıyan Norveçin ziyarət tələbini rədd edib
Tarix: 17-07-2024 10:33 | Bölmə: Dünya
İsrail Fələstini tanıyan Norveçin ziyarət tələbini rədd edib

İsrailin xarici işlər naziri İsrael Katz norveçli həmkarı Espen Bart Eidenin səfər tələbini rədd edib.

Reyting.az
xəbər verir ki, İsrail xarici işlər naziri İsrael Katz Norveçin Fələstin dövlətini tanımasına etiraz olaraq səfər tələbini qəbul etməyib.

“The Times of Israel” qəzeti yazır ki, Katz Eidenin İsrailə səfər etmək istəyinə “Oslonun Fələstin dövlətini tanıması, HƏMAS-ı terror təşkilatı kimi tanımaqdan imtina etməsi və Cənubi Afrikanın Haaqada İsrailə qarşı iddiasını dəstəkləməsi”nə işarə edib.

Məlumata görə, Eide keçən həftə Vaşinqtonda keçirilən NATO sammiti zamanı Katza yaxınlaşaraq, “Bizim danışacaq çox şeyimiz var”, - deyib. İsrailli nazir ona “Siz bizim üçün də çox şey etdiniz”,- deyə cavab verib.

Qeyd edək ki, Norveç İrlandiya və İspaniya ilə birlikdə mayın 28-də Fələstini rəsmi olaraq dövlət kimi tanıyıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər