İran hakimiyyəti aviaşirkətlərə ölkənin hava məkanı ilə bağlı çağırış edib
Tarix: 07-08-2024 23:53 | Bölmə: Dünya
İran hakimiyyəti aviaşirkətlərə ölkənin hava məkanı ilə bağlı çağırış edib

İran hakimiyyəti aviasiya şirkətlərindən hərbi təlimlərlə əlaqədar ölkənin hava məkanından yayınmağı xahiş edib.

Bu barədə Misirin “Extra News” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Misirin Mülki Aviasiya Nazirliyindəki mənbə deyib ki, hərbi təlimlərlə əlaqədar İranın hava məkanında uçuşların təhlükəli olacağı barədə Tehrandan bildiriş alınıb.

Qeyd olunub ki, müvafiq bildiriş dünyanın bütün aviaşirkətlərinə göndərilib(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər