Ukrayna Avstraliyadan zirehli texnika istəyir
Tarix: 10-09-2024 15:05 | Bölmə: Dünya
Ukrayna Avstraliyadan zirehli texnika istəyir
A. Sibiqa

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avstraliyadan zirehli maşınlar istəyib.

Reyting.az
xəbər verir ki, Andrey Sibiqa bu istəyini avstraliyalı həmkarı Penni Vonqla telefon danışığı zamanı dilə gətirib.

Diplomat “Bushmasters” zirehli maşınlarının tədarükünə görə Avstraliyaya təşəkkürünü bildirib və əlavə edib ki, bu texnika döyüşdə effektivlik nümayiş etdirib.

“Biz bu və digər zirehli texnikalar üzrə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər