İran prezidenti əxlaq polisini ləğv edir?
Tarix: 18-09-2024 09:39 | Bölmə: Dünya
İran prezidenti əxlaq polisini ləğv edir?

İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, bundan sonra əxlaq polisi hicab tələbi ilə bağlı qadınları narahat etməyəcək.

Reyting.az
xəbər verir ki, prezident polisin fəaliyyətini izləyəcəklərini bildirib.

Qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini söylədikdən sonra Pezeşkiyan deyib:

“İrşat patrulu sizi yenə narahat edir? Bunu etməməli idilər. Biz bu məsələni izləyəcəyik ki, daha heç kimi narahat etməsinlər”.

Pezeşkianın qadın jurnalistlərə baş örtülərini sərbəst bağlamağa icazə verməsini sərt geyim qaydalarının yumşaldılmasının əlaməti kimi şərh olunur.

Qeyd edək ki, 2022-ci ildə İranın paytaxtı Tehranda Məhsa Əmini adlı gənc qadının hicab qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən saxlanılarkən vəfat etməsi ölkədə etiraz dalğasına səbəb olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər