Nazir: “ABŞ hökumətinin “müstəmləkə kompleksləri” var”
Tarix: 20-11-2024 10:29 | Bölmə: Dünya
Nazir: “ABŞ hökumətinin “müstəmləkə kompleksləri” var”

Venesuela iyulun 28-də keçirilən prezident seçkilərində müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi seçilmiş prezident kimi tanıdığını elan edən ABŞ-a sərt reaksiya verib.

Reyting.az
-ın məlumatına görə, Venesuelanın xarici işlər naziri İvan Gilin ABŞ dövlət katibi Antoni Blinkenə cavabı sərt olub.

Blinkenin Venesuela əleyhinə münasibəti olduğunu iddia edən Gil aşağıdakı ifadələri işlədib:

“Artıq kinsizliyə qayıda bilmərik. Blinken Venesuelanın and içmiş düşmənidir. ABŞ daha çox faşist və terrorçu tərəfindən dəstəklənən Xuan Quaydo ilə eyni siyasəti davam etdirməkdə israrlıdır”.

ABŞ hökumətinin “müstəmləkə kompleksləri” olduğunu vurğulayan Gil, ABŞ-nın keçmişdə olduğu kimi, bolivar inqilablarına necə məğlub olduğunu və bunun tarixdə qeyd olunmasının vacibliyini bildirib.

Qeyd edək ki, A. Blinken Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Liderlər Sammitində verdiyi açıqlamada hazırda İspaniyada yaşayan Qonzalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıdıqlarını açıqlayıb.

Milli Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. Müxalifət koalisiyasının namizədi Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər. Onun barəsində həbs qərarı çıxarıldıqdan sonra Qonzales sentyabrın 8-də həyat yoldaşı ilə birlikdə İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Karakasdan Madridə gedib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər