20:20 / 13-01-2025
Erməni nazir Amerikaya gedir
Aİ Ukraynaya əlavə humanitar yardım ayırıb
Tarix: 13-01-2025 16:59 | Bölmə: Dünya
Aİ Ukraynaya əlavə humanitar yardım ayırıb

Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibənin davam etməsi ilə əlaqədar Ukrayna və onun Moldovadakı qaçqınları üçün əlavə 148 milyon avro humanitar yardım ayırıb.

Bu barədə Avropa Komissiyası məlumat yayıb.

"148 milyon avro məbləğində yeni maliyyələşdirmə həm Ukrayna, həm də Moldovada həyati əhəmiyyətli humanitar yardımı dəstəkləməyə davam edəcək, eləcə də Avropa Komissiyası tərəfindən ayrılan humanitar yardımın ümumi məbləği 1,1 milyard avronu ötəcək", - Avropa Komissiyasının bəyanatında deyilir.

Qeyd olunur ki, 140 milyon avro Ukraynada humanitar layihələrə (ərzaq, mənzil, təmiz su, səhiyyə və s.) yönəldiləcək.

Komissiyanın məlumatına görə, Ukraynanın şərq və cənub bölgələrində münaqişədən zərər çəkmiş ərazilərdə həssas əhali qruplarının dəstəklənməsi prioritet təşkil edir(Report).




Bölməyə aid digər xəbərlər