Axtarışda olan şəxsləri Türkiyəyə gətiriblər - Video
Tarix: 28-02-2025 11:08 | Bölmə: Dünya
Axtarışda olan şəxsləri Türkiyəyə gətiriblər

"Qırmızı bülletenlə axtarılan Sinan Memi Polşada, Atakan Avcı isə Bolqarıstanda tutularaq Türkiyəyə gətirilib".

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

"Qırmızı bildirişlə axtardığımız Dalton ailəsi mütəşəkkil cinayət təşkilatının yüksək səviyyəli rəhbərlərindən olan Sinan Memi Polşada ələ keçirilib. Qırmızı xəbərlə axtardığımız zəhər satıcısı Atakan Avcını isə Bolqarıstandan ölkəmizə qaytardıq", - nazir həyata keçirilən əməliyyatların təfərrüatlarını paylaşıb.

Əli Yerlikaya əlavə edib:

"Hansı ölkəyə qaçmasından asılı olmayaraq, mütəşəkkil cinayət təşkilatının üzvlərini və narkotik tacirlərini bir-bir ələ keçirib ölkəmizə gətirəcəyik" .



V. QULİYEV




Bölməyə aid digər xəbərlər