Ukrayna Rusiyaya havadan hücuma cəhd göstərib
Tarix: 28-02-2025 12:01 | Bölmə: Dünya
Ukrayna Rusiyaya havadan hücuma cəhd göstərib

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə yenidən havadan hücuma cəhd göstərib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram”-da məlumat yayıb.

Bildirilir ki, Moskva vaxtı ilə saat 8:15 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Pilotsuz təyyarənin məhv edildiyi ərazi və yerdə mümkün fəsadlar barədə məlumat açıqlanmayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər