09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Norveç Ukraynada raket istehsal etmək istəyir
Tarix: 28-02-2025 12:43 | Bölmə: Dünya
Norveç Ukraynada raket istehsal etmək istəyir

Norveçin “Kongsberg Defence & Aerospace” şirkəti Ukraynada NASAMS hava hücumundan müdafiə sistemi üçün raketlər istehsal etməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, bunu “Euractiv”ə şirkətin prezidenti Eirik Lie bildirib.

“Hazırda biz Ukraynada şirkət yaradırıq. Birgə müəssisənin yaradılması ilə bağlı ukraynalı sənayeçilər ilə sıx danışıqlar aparırıq. İlkin vəzifə Ukrayna texnologiyaları əsasında hava hücumundan müdafiə sistemimiz üçün raket istehsalını artırmaqdır”,- E. Lie deyib.

Şirkət prezidentinin qeyd etdiyi kimi, söhbət “raketlərin kütləvi istehsalından, yəni yüzlərlə”dən gedir. Onun sözlərinə görə, şirkət “bir neçə ay ərzində” birgə müəssisələr yaratmağı nəzərdən keçirir.

E. Lie əlavə edib ki, uzunmüddətli perspektivdə, müharibə başa çatdıqdan sonra, Ukrayna hava hücumundan müdafiə raketlərinin tədarük zəncirinin bir hissəsinə çevrilə bilər.

“Biz Konqsberqdə Ukrayna sənayesinin güclü tərəflərindən istifadə etmək istəyirik. Hazırda Ukraynada çoxlu yeniliklər baş verir və biz bu prosesin bir hissəsi olacağıq. Orada olmaq bizim üçün vacibdir”, - o vurğulayıb.

Onu da qeyd edək ki, bundan əvvəl Fransanın silah şirkəti “Thales” və Ukroboronprom arasında birgə müəssisə yaratmaq barədə razılığa gəldiyi bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər