Tramp-Putin görüşünü tezləşdirmək istəyirlər
Tarix: 03-03-2025 13:50 | Bölmə: Dünya
Tramp-Putin görüşünü tezləşdirmək istəyirlər

ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin görüşü əvvəlcədən planlaşdırılandan tez keçirilə bilər. Buna səbəb ABŞ lideri Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında yaranmış qalmaqaldır.

Reyting.az
xəbər verir ki, bu barədə CNN yazıb.

İddia olunur ki, ABŞ administrasiyası Tramp-Putin görüşünün ssenarisini müzakirə edir.

Qeyd olunur ki, bu arada Moskvada Ukrayna və ABŞ prezidentləri arasında münaqişə ucbatından müharibənin dayandırılması üzrə danışıqların ABŞ və Rusiya arasında potensial faydalı iqtisadi razılaşmaların xeyrinə ikinci plana keçə biləcəyi ilə bağlı optimizm artır.

Nəşr bildirir ki, hazırda Amerika və Rusiya nümayəndə heyətləri arasında “yaxın gələcəkdə, ola bilsin ki, Fars körfəzi ölkələrindən birində baş tuta biləcək” danışıqların ikinci raunduna hazırlıq gedir.

Kremlin danışıqlardakı nümayəndəsi Kirill Dmitriyev CNN-ə deyib ki, ABŞ-la əməkdaşlığa enerji sövdələşmələri də daxil ola bilər, baxmayaraq ki, konkret detallar hələ açıqlanmayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-04-2025, 08:21 Kiyevə hücum başlayıb