Rusiyanın qaz kompressor stansiyaları və raket anbarları vurulub
Tarix: 14-03-2025 16:32 | Bölmə: Dünya
Rusiyanın qaz kompressor stansiyaları və raket anbarları vurulub

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) uzaqmənzilli pilotsuz təyyarələri Rusiyanın iki qaz kompressor stansiyasına - “Davydovskaya” (Tambov vilayəti) və “Novopetrovskaya” (Saratov vilayəti) məntəqələrinə zərbələr endirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla yazıb.

SBU dronları həmçinin Radkovka (Belqorod vilayəti) kəndi yaxınlığında S-300/S-400 sistemləri üçün raket anbarını vurub. Zərbədən sonra sursatın aktiv partlaması başlayıb.

“SBU düşmən ərazisində növbəti uğurlu xüsusi əməliyyat keçirib ki, bu da Rusiya büdcəsinə ciddi ziyan vurub, Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi imkanlarını və Rusiya ordusunun hərbi potensialını azaldıb”, - SBU-dakı məlumatlı mənbə bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər