Tramp: “Tesla” vandalları cəzalandırılacaq!
Tarix: 22-03-2025 11:40 | Bölmə: Dünya
Tramp: “Tesla” vandalları cəzalandırılacaq!

“Tesla” avtomobillərinə və enerjidoldurma stansiyalarına qarşı vandalizmdə iştirak edənlər El Salvador həbsxanalarında 20 il həbsdə qalacaqlar.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp bəyan edib ki, xəstə terrorçu əclaflar İlon Mask və “Tesla”ya etdiklərinə görə layiq olduqları cəzalarını alacaqlar!

Onu da qeyd edək ki, “Tesla” avtomobillərinə və dilerlərinə hücumlar olur. İ. Mask rəhbərlik etdiyi şirkətin avtomobillərinə və dilerlərinə hücumları psixi pozğunluqların təzahürü adlandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər