Rusiyanın Krivoy Roqla bağlı yalanını ifşa ediblər
Tarix: 08-04-2025 09:53 | Bölmə: Dünya
Rusiyanın Krivoy Roqla bağlı yalanını ifşa ediblər

"France24" telekanalı Ukrayna ərazisində yerləşən Krivoy Roqdakı restorana düşən Rusiya raketinin müşahidə kameraları ilə çəkilmiş görüntülərini nümayiş etdirib. Kanalın məlumatına görə, həmin gün bu restoranda hərbi qulluqçular olmayıb.

Reyting.az
xəbər verir ki, telekanal aprelin 4-ü axşam saatlarında rus hərbçilərinin raket zərbəsinə məruz qalan Krivoy Roqda dağılmış restoranın müşahidə kameralarının görüntülərinin yeni kadr olduğunu bildirib.

Məlum olduğu kimi, bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilmişdi ki, hərbi kəşfiyyat məlumatları əsasında "birlik komandirləri ilə görüşün" keçirildiyi restorana raket atılıb. Lakin bu informasiyanın da yalan olduğu üzə çıxıb. Bildirilir ki, həmin gün Krivoy Roqdakı restoranda gözəllik sənayesi işçiləri üçün forum keçirilib.

Fransanın "France24" kanalının nümayiş etdirdiyi kadrlarda heç bir hərbi qulluqçu görsənmir. Üstəlik, telekanalın müxbiri həmin hücum zamanı restoranda olan və yaralı halda xəstəxanaya yerləşdirilən iki qadınla söhbət edib. Qadınlar Gözəllik Forumunda iştirak etdiklərini təsdiqləyiblər.

Qeyd edək ki, aprelin 4-də Rusiya ordusu tərəfindən Ukrayna ərazisindəki Krivoy Roqa raket hücumunun nəticəsində çoxu uşaq olmaqla 20 nəfər həlak olub, ondan çox insan isə yaralanıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər