PUA-ların Dneprə kütləvi hücumu olub
Tarix: 09-04-2025 10:30 | Bölmə: Dünya
PUA-ların Dneprə kütləvi hücumu olub

Rusiya ordusu gecə saatlarında Ukraynanın Dnepr şəhərinə pilotsuz təyyarələrlə kütləvi hücum həyata keçirib. İlkin hesablamalara görə, 15 nəfər xəsarət alıb, onlardan 8-i xəstəxanalardadır.

Reyting.az
xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHN) məlumatına görə, fərdi yaşayış evləri, çoxmərtəbəli binalar və avtomobillərə ziyan dəyib.

"Bir neçə müəssisənin ərazisində dağıntılar var. Düşmənin hücumu nəticəsində yaranan yanğınlar söndürülüb", - məlumatda deyilir.

Bildirilir ki, Dnepropetrovsk Vilayət Prokurorluğu cinayət işi üzrə ibtidai istintaqa başlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər