18:27 / 21-05-2025
AMİP qurultaya hazırlaşır
Nazir: “Tramp Putinlə ünsiyyətdə səhv edir”
Tarix: 21-05-2025 15:54 | Bölmə: Dünya
Nazir: “Tramp Putinlə ünsiyyətdə səhv edir”

Almaniyanın Müdafiə naziri Boris Pistorius hesab edir ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərində səhvə yol verir.

Reyting.az
-ın məlumatına görə, Pistorius deyib ki, Tramp Putinlə telefon danışığında öz təsirindən kifayət qədər istifadə etməyib.

Müdafiə nazirinin fikrincə, Tramp danışıqlar üçün əsas kimi Ukraynanın NATO-ya daxil olması perspektivini istisna etməklə səhvə yol verib.

Pistorius bildirib ki, Tramp-Putin telefon danışığının nəticəsi gözləniləndən daha pis olub.

“Tramp başa düşməli idi ki, Putini tək şəxsi söhbətlərlə inandırmaq olmaz. Putin zamanla oynayır, sülh görünmür”,- o vurğulayıb.

Qərb mediası yazır ki, Trampın Rusiyaya qarşı yumşaq mövqeyi Moskvanın atəşkəsə əməl etməsi üçün təzyiq göstərmək səylərini əlaqələndirən Avropa liderlərinin narahatlığına səbəb olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər