Almaniya Ukrayna üçün “Patriot” almağa hazırdır
Tarix: 10-07-2025 17:44 | Bölmə: Dünya
Almaniya Ukrayna üçün “Patriot” almağa hazırdır

Almaniya ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemlərini alıb Ukraynaya təhvil verməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bəyan edib.

Merz bildirib ki, keçən həftə o, ABŞ prezidenti Donald Trampdan Ukraynaya “Patriot” tədarükünü xahiş edib.

“Biz həmçinin ABŞ-dan əlavə “Patriot” sistemləri almağa hazırıq ki, onları Ukraynaya təqdim edək”,- deyən kanslerin sözlərinə görə, ABŞ ordusunun bu sistemlərə ehtiyacı olsa da, onlarda belə sistemlər çoxdur.

"Çatdırılmanın həyata keçirilib-keçirilməyəcəyinə hələ qərar verilməyib",- Merz əlavə edib.

Daha əvvəl bildirilmişdi ki, Almaniya Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün ABŞ-la “intensiv danışıqlar” aparır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb