20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
139 nəfər səslərin sayılması zamanı yorğunluqdan öldü
Tarix: 24-04-2019 13:46 | Bölmə: Dünya
139 nəfər səslərin sayılması zamanı yorğunluqdan öldü

Aprelin 17-də İndoneziyada keçirilən ümumi seçkilərdə verilən səslərin sayılması zamanı yorğunluqdan həlak olanların sayı 139-a çatıb.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, bu haqda Cakartada ölkənin siyasət, ədliyyə və təhlükəsizlik üzrə nazir-əlaqələndiricisi Viranto məlumat verilib.

“Bu günə qədər seçki komissiyalarının 139 təmsilçisi ölüb, 500-dən çoxu xəstəxanalara yerləşdirilir”, - o, söyləyib.

Nazir qeyd edib ki, səslərin sayılması davam edir. Məntəqələrdəki işə ümumilikdə 7 milyondan çox insan cəlb olunub.

Ölkənin Mərkəzi seçki komissiyasının sədri Arif Budiman keçirilən seçkiləri dünyada ən iri adlandırıb.

İndoneziya vətəndaşları aprelin 17-də prezident, parlamentin iki palatası və yerli qanunverici orqanlanların üzvlərinin seçilməsinə səs veriblər. Seçkilərdə ümumilikdə 240 minə yaxın namizəd iştirak edib, onlar 20 min yer uğrunda mübarizə aparır.

Səsvermə fəallığı 193 milyon arasında təxminən 80 faiz təşkil edib. Bütün ölkəbpyu 813 mindən çox seçki məntəqəsi açılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər