Erməni deputat “müsəlman” oğlanın müdafiəsinə qalxdı - Foto
Tarix: 20-05-2019 21:04 | Bölmə: Dünya
Erməni deputat “müsəlman” oğlanın müdafiəsinə qalxdı

“Arturla görüşdük. Artur çox yaxşıdır... Həmişə yanında olacağam. Bacardığım qədər onu pisliklərdən qoruyacağam”.

Reyting.az
xəbər verir ki, bu sətirləri HDP-nin milliyyətcə erməni deputatı Qaro Paylan “Tvitter” hesabında yazıb. Millət vəkili öz sözlərinə 13 yaşlı erməni oğlanla çəkdiyi fotonu da əlavə edib.

Xatırladaq ki, Ramazan ayının əvvəlində vaiz Nihat Hatipoğlunun Türkiyənin ATV kanalında yayımlanan proqramında erməni yeniyetmə Artur valideynlərinin razılığı ilə İslamı qəbul etmişdi.

Qaro Paylan buna etiraz edərək uşağın valideynlərinin razılığı olmadan telekanalın canlı yayımına çıxarıldığını iddia etmişdi.

Erməni deputat “müsəlman” oğlanın müdafiəsinə qalxdıскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}