20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Gürcüstan yenə Saakaşvilinin ekstradasiyasını tələb etdi
Tarix: 30-05-2019 14:05 | Bölmə: Dünya
Gürcüstan yenə Saakaşvilinin ekstradasiyasını tələb etdi

Gürcüstan parlamentinin deputatı Nukri Kantariya ölkənin eks-prezidenti Mixail Saakaşvilinin vətəninə ekstradasiyası ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət etməyin vacibliyini açıqlayıb.

Reyting.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə,hakim “Gürcü arzusu” partiyasından deputat Zelenskinin Saakaşvilini Ukraynaya buraxmasından ciddi narahat olduğunu da gizlətməyib.

Qeyd edək ki, keçmiş prezident Gürcüstan parlamentinin deputatı Valeriya Qelaşvilini 2005-ci ildə döydüyü üçün qiyabi olaraq 6 il azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin “Gürcüstan birləşmiş bankı”nın əməkdaşı Sandro Qirqvlianini öldürəni əhv etdiyinə görə 3 il hökm çıxarılıb.

Kantariya deyib ki, bundan əlavə, Tbilisi şəhər məhkəməsinin baxışında şəxsi ehtiyacları üçün 5 milyon dollara yaxın dövlət vəsaitini qanunsuz mənimsəmə və 2007-ci il noyabrın 7-dəki aksiyanın dağıdılmasında xidməti vəzifəsini aşmaqla bağlı daha iki iş var.

Xatırladaq ki, Vladimir Zelenski Saakaşvilinin özünün xahişi ilə onun Ukrayna vətəndaşlığını bərpa edib, Gürcüstanın keçmiş prezidenti isə mayın 29-da Kiyevə qayıdıb. Ukrayna və digər çox sayda ölkə öz vətəndaşlarını başqa ölkələrə vermir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər