08:41 / 11-12-2024
Dmitri Medvedev Pekindədir
Avropa İttifaqının rəhbərliyinə 4 namizəd var - Siyahı
Tarix: 02-07-2019 23:38 | Bölmə: Dünya
Avropa İttifaqının rəhbərliyinə 4 namizəd var

Avropa İttifaqının üzvü olan 28 ölkənin liderləri Brüsseldə keçirilən fövqəladə sammitdə Avropa İttifaqı institutlarının gələcək rəhbərliyinin əsas vəzifələri üçün namizədlərin adlarını razılaşdırıb.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk məlumat verib.

O, qeyd edib ki, Avropa Komissiyasının rəhbəri vəzifəsinə almaniyalı Ursula fon der Lyayen, Avropa İttifaqı (Aİ) Şurasının başçısı vəzifəsinə Şarl Mişel, Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri vəzifəsinə Jozep Borrel və Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə isə Kristin Laqardın namizədliyi irəli sürülüb.

Artıq Avropa İttifaqı Şurası namizədləri təsdiq edib.

Lakin bütün namizədlərin vəzifəsinin icrasına başlaması üçün onların Avropa Parlamentinin yeni heyəti tərəfindən təsdiqlənməsi lazımdır. Hazırda Avropa Parlamentində əyləşən deputaların mandatı isə oktyabrın 31-də başa çatır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər