Tramp Türkiyənin hücumundan əvvəl iki cəlladı Suriyadan çıxartdırıb
Tarix: 10-10-2019 12:14 | Bölmə: Dünya
Tramp Türkiyənin hücumundan əvvəl iki cəlladı Suriyadan çıxartdırıb

Türkiyənin Fəratın şərq sahillərində terrorçulara qarşı əməliyyatından əvvəl ABŞ iki qatil başkəsini ərazidən çıxarıb.

Reyting.az
bildirir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, ABŞ Suriyada YPG/PKK-nın nəzarətindəki Əl-Hol həbsxanasında saxlanılan İngiltərə vətəndaşı, iki İŞİD mücahdini həbsdən çıxararaq öz nəzarəti altına alıb.

ABŞ prezidenti Donald Tramp faktı təsdiq edib: “Türkiyənin və ya kürdlərin nəzarəti itirməsi ehtimalını nəzərə alaraq ABŞ Beetles olaraq tanınan və Suriyada baş kəsərək edamlar həyata keçirən iki İŞİD mücahidini öz nəzarətinə aldı. Onlar Suriyadan çıxarılaraq AB tərəfindən nəzarət edilən təhlükəsiz bölgəyə gətirilib. Onlar pisin pisidir”.

ABŞ mediası qeyd edir ki, amerikalı jurnalist Ceyms Foleyin 2014-cü ildə başını kəsərək edam edən, habelə Amerika vətəndaşlarını öldürdüyü ehtimal olunan Əl Şafee Elşeikh və Aleksandr Kotey adlı iki İngiltərə vətəndaşı, İŞİD üzvlərini ABŞ xüsusi xidməti Əl-Hol həbsxanasından götürərək Suriyadan çıxarıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}