Fillipinin dövlət başçısı: "Özüm və qızım namizəd olmayacaq, prezidentlik yorucu işdir"
Tarix: 06-12-2019 17:15 | Bölmə: Dünya
Fillipinin dövlət başçısı: "Özüm və qızım namizəd olmayacaq, prezidentlik yorucu işdir"

Filippin prezidenti Rodriqo Duterte potensial varislərinin kim ola biləcəyinə aydınlıq gətirib.

"Qazeta.ru" xəbər verir ki, dövlət başçısı növbəti prezidentin Bikol bölgəsindən olacağını açıqlayıb.

Onun sözlərinə görə, filippinlilər Albay vilayətinin parlamentdəki nümayəndəsi Coui Salseda və Sorsoqon vilayətinin keçmiş senatoru və qubernatoru Fransis Eskuder arasında seçim etməli olacaqlar.

R.Duterte ikinci prezidentlik müddətinə namizəd olmaq fikrində olmadığını da əlavə edib. "Özümü bu işə bağlamaq istəmirəm. Prezidentlik işi çox yorucudur. Ona görə də qızımın da namizəd olmasını istəmirəm", - deyə o vurğulayıb.

Qeyd edək ki, R.Dutertenin qızı Sara Duterte-Karpion hazırda Davao şəhərinin meridir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər