Gürcüstan İrandan təxliyə olunan vətəndaşlarını karantinə alıb
Tarix: 05-03-2020 13:37 | Bölmə: Dünya
Gürcüstan İrandan təxliyə olunan vətəndaşlarını karantinə alıb

Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandre Xvtisiaşvili İrandan təxliyə olunan ölkə vətəndaşları ilə bağlı məlumat verib.

O, həmin şəxslərin karantinə alındığını bildirib.

A.Xvtisiaşvili deyib ki, Gürcüstan vətəndaşları ilə Azərbaycanla sərhəddə görüş keçirilib: “Həmin şəxslər müvafiq yoxlamalardan keçirilib və xüsusi nəqliyyat vasitəsilə karantin zonası yaradılan tibbi müəssisəyə çatdırılıb”.

Qeyd edək ki, hazırda Gürcüstanda 4, Azərbaycanda isə 3 koronavirusa yoluxma halı mövcuddur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}