Yaponiyada fövqəladə vəziyyət rejimi elan edilib
Tarix: 16-04-2020 16:53 | Bölmə: Dünya
Yaponiyada  fövqəladə vəziyyət rejimi elan edilib

Yaponiyada mayın 6-dək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edilib.

Bu barədə Yaponiyanın baş naziri Sindzo Abe aprelin 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.

O, aprelin 7-dən etibarən 7 əyalətdə tətbiq edilən fövqəladə vəziyyət rejimi şərtlərinin mayın 6-dək bütövlükdə Yaponiyaya şamil ediləcəyini vurğulayıb.

Qeyd edək ki, Yaponiyada COVID-19-a 9 800 nəfər yoluxub, 195 nəfər isə ölüb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}