Gürcüstan və Ermənistanda koronavirusa yoluxanlar artır
Tarix: 18-04-2020 11:12 | Bölmə: Dünya
Gürcüstan və Ermənistanda koronavirusa yoluxanlar artır

Gürcüstanda daha 15 nəfərə koronavirus diaqnozu qoyulub.

Gürcüstan hökumətinin koronavirusla bağlı saytında bildirilir ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 385 nəfərə çatıb. Onların 84-ü sağalaraq evə buraxılıb, 3-ü isə ölüb.

Karantində 5 053, stasionar nəzarətdə isə 527 nəfər var.

Gürcüstanla yanaşı Ermənistanda da koronavirusa yoluxanlar artır. Son bir gün ərzində Ermənistanda daha 47 nəfərdə koronavirus aşkarlanıb.

“Armenia Sputnik” xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan Facebook səhifəsində məlumat yayıb.

Daha bir nəfərin koronavirusdan öldüyü bildirilir.

Ümumilikdə Ermənistanda koronavirusa yoluxanların sayı 1248-ə, sağalanların 121-ə, ölənlərin sayı isə 20-yə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər