18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
İsraildə yeni hökumətin qurulması mümkün olmayıb
Tarix: 20-04-2020 12:49 | Bölmə: Dünya
İsraildə yeni hökumətin qurulması mümkün olmayıb

İsrailin baş naziri Binyamin Netanyahu ilə parlamentin sədri Beni Qantsın koalisiya hökuməti qurmaqla bağlı danışıqları yenə nəticəsiz başa çatıb.

Məlumatı Beni Qantsın Haxol Lavan Partiyası yayıb.

Bildirilib ki, liderlər hakimlərin təyini üzrə komissiyaların işi haqqında razılığa gəlməyiblər.

Məlumata görə, İsrail Bizim Evdir və Kaxol Lavan partiyaları Binyamin Netanyahuya qarşı olan qanun layihələri hazırlayaraq parlamentin katibliyinə təqdim ediblər. Həmin layihəyə əsasən, qanun pozuntusunda ittiham olunan siyasətçi baş nazir postuna namizəd irəli sürülə bilməz. Baş nazirin sədrlik etdiyi Likud Partiyası bəyan edib ki, bu qanun layihəsinin parlamentdə müzakirə olunacağı halda koalisiya ilə bağlı danışıqları kəsəcək.

B.Netaniyahuya qarşı bu məsələ üzrə ittihamlar irəli sürülüb.

Qeyd edək ki, aprelin 16-da İsraildə Likud və Kaxol Lavan partiyalarının liderləri təyin edilən müddət ərzində milli birlik koalision hökumətinin qurulmasında razılığa gələ bilməmişdi/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər