Kamikadze Türkiyədə terror aktı törədib
Tarix: 26-10-2020 23:50 | Bölmə: Dünya
Kamikadze Türkiyədə terror aktı törədib

Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı törədilib.

Türkiyə KİV-ləri xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali bildirib ki, İsgenderunun mərkəzində Fener küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını bildirib. Yaralananlar barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, ABŞ dünən Türkiyədə yaşayan vətəndaşlarına terror aktlarının mümkünlüyü barədə xəbərdarlıq edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər