Moskvada koronavirusdan ölənlərin sayı 8680-ə çatıb
Tarix: 27-11-2020 08:26 | Bölmə: Dünya
Moskvada koronavirusdan ölənlərin sayı 8680-ə çatıb

Rusiya paytaxtı Moskva şəhərində koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 77 nəfər dünyasını dəyişib.

“TASS” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda koronavirus diaqnozundan ölənlərin sayı 8680-ə çatıb.

Qeyd edək ki, Moskvada indiyədək 577 177 insanda koronavirus aşkarlanıb, onlardan 6075 nəfəri son sutkada təsdiqlənmiş yoluxmadır. Sağalan xəstələrin sayı isə ümumilikdə 428 418 nəfərdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}