Komitə rəhbəri: “Azərbaycan və Ermənistan arasındakı siyasi gərginlik tədricən keçmişə çəkilir”
Tarix: 27-11-2020 17:12 | Bölmə: Dünya
Komitə rəhbəri: “Azərbaycan və Ermənistan arasındakı siyasi gərginlik tədricən keçmişə çəkilir”

Azərbaycan və Ermənistanın parlament nümayəndə heyətləri MDB Parlamentlərarası Assambleyasının sessiyası zamanı Dağlıq Qarabağ münaqişəsi mövzusunu qaldırmadılar. Bu da iki ölkə arasında uzun illərdir mövcud olan siyasi gərginliyin tədricən keçmişdə qaldığını göstərə bilər.

Reyting.az
TASS-a istinadla xəbər verir ki, bu fikri Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçev səsləndirib.

K. Kosaçev deyib ki, hər iki ölkənin parlament nümayəndələri MDB IPA-nın işində iştirak etsələr də, bu dəfə qarşılıqlı qınaqlar olmayıb. Komitə rəhbərinin fikrincə, qınaqların olmaması iki dövlət arasındakı münasibətlərdə uzun illərdir mövcud olan və MDB IPA-ya köçürülən siyasi gərginliyin, yavaş-yavaş keçmişə çəkilməsi deməkdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər