Gürcüstan COVAX-yə qarşı iddia qaldıra bilər
Tarix: 01-03-2021 21:07 | Bölmə: Dünya
Gürcüstan COVAX-yə qarşı iddia qaldıra bilər
“Gürcüstan COVAX platformasına qarşı məhkəmə iddiası qaldıra bilər”.

Bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze “Rustavi 2” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, buna səbəb təsisatın bu vaxta qədər Gürcüstanın koronavirus əleyhinə peyvənd əldə etməməsi ilə bağlı yerli mətbu orqanına təqdim etdiyi cavabdır.

Nazir COVAX-yə izahat üçün müraciət ünvanlandığını qeyd edib.

E.Tikaradze deyib ki, müxalifət platformanın cavabından ölkədəki gərginliyin eskalasiyası üçün istifadə edir.

Qeyd edək ki, bu gün COVAX Gürcüstanın mətbuat orqanlarından birinin sorğusuna cavab olaraq bildirib ki, fevral ayında vaksin onların meyarlarına cavab verən ölkələrə göndərilib. COVID-19-a qarşı peyvəndin Gürcüstana fevral ayının sonlarında çatdırılacağı gözlənilirdi/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}