Gürcüstan 11 hərbçinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib
Tarix: 04-03-2021 23:22 | Bölmə: Dünya
Gürcüstan 11 hərbçinin şəhid olması ilə bağlı Türkiyəyə başsağlığı verib

Gürcüstanın xarici işlər naziri David Zalkaliani hərbi helikopter qəzasında həlak olanlarla bağlı türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

XİN başçısı bu barədə özünün tvitter hesabında yazıb. O, hadisədən kədərləndiyini bildirib.

“Tatvan rayonunda baş vermiş qəza ilə bağlı dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz və dualarımız faciə qurbanları və yaxınlarını itirənlərlədir. Yaralıların tezliklə sağalmasını diləyirəm”




Bölməyə aid digər xəbərlər
21-04-2021, 18:05 Rusiya ABŞ-a nota verib

bütün xəbərlər
{sape_links}{sape_article}