11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
ABŞ İranla nüvə proqramı üzrə danışıqları bərpa edir
Tarix: 10-06-2021 15:40 | Bölmə: Dünya
ABŞ İranla nüvə proqramı üzrə danışıqları bərpa edir

“Bu həftənin sonunda Vyanada İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Müqaviləsinə qayıtmaq üçün danışıqlar bərpa olunacaq”.

“Newsru.co” xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.

“Biz ciddi irəliləyiş əldə etmişik. Ancaq son detallar razılaşdırılmayanadək anlamanın olub-olmadığını deyə bilmərik”, - o qeyd edib.

V.Şerman deyib ki, iyunun 18-də İranda keçiriləcək prezident seçkisi danışıqları mürəkkəbləşdirir.

Xatırladaq ki, V.Şerman 2015-ci ilin iyulunda imzalanan ilkin razılaşmanın müəlliflərindəndir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}