Ermənistanın yeni parlamentinin ilk iclası keçirilir
Tarix: 02-08-2021 10:55 | Bölmə: Dünya
Ermənistanın yeni parlamentinin ilk iclası keçirilir

Ermənistanın yeni (8-ci çağırış) parlamentinin ilk iclası başlayıb.

"Sputnik Armenia"nın məlumatına görə, parlamentin yeni rəhbərliyi formalaşana qədər onun iclasına ən yaşlı deputat sədrlik edəcək. Bu, Ermənistan Kürd icmasının parlamentdəki təmsilçisi Knyaz Həsənovdur.

Parlamentin ilk iclasında hesablama komissiyası yaradılacaq, parlamentin sədri və onun üç müavini seçiləcək, həmçinin daimi komissiyalar yaradılacaq və onların rəhbərləri müəyyənləşəcək.

Parlamentin bugünkü iclasının gündəliyinə hökumət strukturunun dəyişdirilməsi ilə bağlı qanun, həmçinin Nazirlər Kabinetinin proqramının təsdiq edilməsi daxildir.

Parlamentin iclasında bütün ermənilərin katalikosu II Qaregin və Prezident Armen Sarkisyan da iştirak edir.

Qeyd edək ki, Ermənistan Parlamentinin 8-ci çağırışı 107 deputatdan ibarədir. Parlamentdə "Mülki müqavilə" partiyası 71, müxalifət bloku olan "Hayestan" 29, "Mənim şərəfim var" bloku isə 7 yerə sahibdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}