Əfqanıstanda güclü zəlzələ baş verib - Yenilənib
Tarix: 22-06-2022 09:38 | Bölmə: Dünya / Xəbərlər
Əfqanıstanda güclü zəlzələ baş verib

Əfqanıstanın Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

“Al Jazeera” xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

“Baxtar” xəbər agentliyi isə xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

***

Əfqanıstanın Paktika vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb, 600 nəfərin yaralandığı bildirilir.

Ölənlərin sayının artacağı istisna edilmir.

Zəlzələnin baş verdiyi rayonlarda evlərdə və müxtəlif obyektlərdə ciddi dağıntılar baş verdiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}