Peskov: "Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil"
Tarix: 23-04-2025 23:24 | Bölmə: Dünya
Peskov: "Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil"

"Ukrayna prezidenti Volodimir Zelenskinin istefası Rusiyanın iki ölkə arasındakı münaqişənin həlli tələbləri arasında deyil".

Bunu Fransanın "Le Point" nəşrinə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, bizim tələblərimizdən biri deyil, lakin bu gün Zelenski ilə saziş imzalansa belə, insanlar sonradan Ukraynada çıxıb onun legitimliyini qanuni olaraq şübhə altına ala bilərlər”, - deyə o qeyd edib(Report).




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib