Generala 5 il həbs cəzası veriblər
Tarix: 24-04-2025 15:12 | Bölmə: Dünya
Generala 5 il həbs cəzası veriblər

Rusiyada keçmiş ordu komandiri general-mayor İvan Popov dələduzluqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Reyting.az
xəbər verir ki, Tambov Qarnizonu Hərbi Məhkəməsində keçirilən prosesdə Popov dələduzluqda təqsirli bilinib.

İclasda cinayəti etiraf etməyən Popov 5 il həbs və 800 min rubl (təxminən 9700 dollar) cərimə edilib.

Məhkəmə Popovun rütbəsinin də ləğv edilməsi barədə qərar verib.

Popovun vəkili Sergey Buynovski jurnalistlərə bildirib ki, onlar məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib