Pakistan Hindistana güc nümayiş etdirir - Fotolar
Tarix: 28-04-2025 16:47 | Bölmə: Dünya
Pakistan Hindistana güc nümayiş etdirir

Pakistan Hərbi Hava Qüvvələri Yeni Dehliyə mesaj vermək məqsədilə yeni PL-15 (və ya PL-15E) hava raketləri ilə təchiz edilən JF-17 qırıcılarının fotolarını yayıb.

Reyting.az
“EurAsian Times”ə istinadla xəbər verir ki, şəkillərdəki təyyarə həmçinin PL-10 qısamənzilli hava-hava raketlərini daşıyır.

PL-15 və PL-10 müasir Çin inkişaflarıdır.

Birincisi, aktiv radar təyinatına malik uzaqmənzilli raketdir və açıq mənbələrə görə, PL-15-in uçuş məsafəsi 200-300 km-ə çata bilər.



Qeyd edək ki, Hindistan əvvəllər aktiv radar təyinatlı çoxlu sayda Rusiya RVV-AE raketləri alıb, lakin belə silahların uçuş məsafəsi cəmi 80 km-dir. Beləliklə, Pakistanın JF-17-ləri Rusiyada hazırlanmış Hindistanın Su-30MKI qırıcılarından əhəmiyyətli üstünlüyə malik ola bilər.

Hindlilərin daha müasir təyyarələri də var - Fransız “Dassault Rafale” qırıcıları. Sonuncular 200 km-ə çata bilən MBDA Meteor raketinin daşıyıcılarıdır.

Onu da qeyd edək ki, PL-15E adı verilmiş PL-15-in ixrac versiyası mövcuddur. Onun məsafəsi 145 km-dir.

JF-17 təyyarəsinə gəlincə, bu, Pakistan-Çin birgə inkişafının dördüncü nəslinin yüngül tək mühərrikli çoxməqsədli qırıcı-bombardmançı təyyarəsidir. Bu maşınların 160-dan çoxu Pakistan Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Xatırladaq ki, bu yaxınlarda mübahisəli Kəşmir bölgəsində turistlərin öldürülməsi səbəbindən Hindistan və Pakistan arasında münasibətlər yenidən kəskinləşib.



ELÇİN




Bölməyə aid digər xəbərlər