Kreml 30 günlük atəşkəsi qeyri-mümkün sayır
Tarix: 29-04-2025 15:37 | Bölmə: Dünya
Kreml 30 günlük atəşkəsi qeyri-mümkün sayır

Kreml Kiyevin təklif etdiyi 30 günlük atəşkəs rejimini “bütün nüansları həll etmədən” mümkünsüz sayır.

Reyting.az
xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident Putinin Kremldə danışdığı nüanslar burada vacibdir. Bu suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə razılaşmaq çətindir”, - Peskov qeyd edib.

Onun sözlərinə görə, Ukraynadan Putinin “atəşkəs” təklifinə heç bir reaksiya verilməyib. Moskvanın Kiyevin ona qoşulub-qoşulmayacağı barədə heç bir fikri yoxdur.

Peskov Zelenskinin legitimliyi ilə bağlı sualı cavablandırarkən deyib: “Sülh danışıqlarına girmək maraqları əsasdır”.

O bildirib ki, Rusiya “Ukrayna münaqişəsini sülh yolu ilə həllin əsas axınına gətirmək” niyyətindədir.

“Putin dəfələrlə bildirib ki, Rusiya ilkin şərt olmadan danışıqlara başlamağa hazırdır, lakin Ukraynadan heç bir cavab gəlməyib”, - Peskov əlavə edib.

Qeyd edək ki, Putin yeni atəşkəs elan edib. O, mayın 8-dən, 11-dək atəşkəs haqda qərar verib. Kiyev Putinin atəşkəs təklifinə reaksiya verməyib. Ağ ev isə buna reaksiya verərək elan edib ki, prezident Tramp atəşkəsin ömürlük olması üçün işləyir.

ELÇİN




Bölməyə aid digər xəbərlər