Yaponiya Kiyevə vacib texniki avadanlıq verib
Tarix: 29-04-2025 13:32 | Bölmə: Dünya
Yaponiya Kiyevə vacib texniki avadanlıq verib

Yaponiya Kiyevə Rusiya-Ukrayna müharibəsi qurbanlarının müəyyən edilməsi və mümkün müharibə cinayətlərinin sübutlarının toplanması üçün qabaqcıl texniki avadanlıq bağışlayıb.

Reyting.az
-ın məlumatına görə, Yaponiya hökuməti tərəfindən BMT-nin İnkişaf Proqramı (BMTİP) vasitəsilə Ukrayna Daxili İşlər Nazirliyinə verilmiş 7 texniki avadanlıqlara DNT nümunələrini analiz etməyə qadir olan genetik analizatorlar, partlayıcı maddələrin və atəş qalıqlarının məhkəmə-tibbi ekspertizasında istifadə olunan qaz xromatoqrafı daxildir.

Kiyev yaxınlığında keçirilən təhvil-təslim mərasimində çıxış edən Ukrayna Daxili işlər nazirinin müavini Leonid Tımçenko Yaponiyanın dəstəyinin son dərəcə vacib və zəruri olduğunu vurğulayaraq, ölkədə minlərlə naməlum cəsədin tapıldığını, çoxlu sayda insanın itkin düşdüyünü qeyd edib.

Ukrayna hakimiyyəti cəbhə xəttinə yaxın ərazilərə avadanlığı göndərməklə istintaq qabiliyyətini artırmağı planlaşdırır.

Ukrayna rəsmiləri deyiblər ki, bu cihazlar ölkənin məhkəmə-genetik test imkanlarını iki dəfə artıracaq və identifikasiyanı ən azı iki dəfə sürətli və səmərəli edəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər