Gürcüstanın müxalif telekanalı bağlanır
Tarix: 29-04-2025 10:41 | Bölmə: Dünya
Gürcüstanın müxalif telekanalı bağlanır

Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalı yaxın vaxtlarda yayımını tamamilə dayandıracaq. Bu barədə “Axali” siyasi partiyasının təsisçisi və lideri Nika Qvaramiya “Facebook” hesabında yazıb.

Reyting.az
-ın məlumatına görə, N. Qvaramiya vurğulayıb ki, telekanal bağlanacaq, lakin yeni kanalın açılacağına inanır.

Xatırladaq ki, “Mtavari Arxi” maliyyə çətinlikləri ilə əlaqədar fevralın 15-dən xəbər proqramları və əyləncəli tok-şouların yayımını dayandırıb. Telekanal fəaliyyətini yalnız teleseriallar və köhnə verilişlərin yayımı ilə davam etdirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər