Sviridenko: Ukrayna kapitulyasiyaya yox, danışıqlara hazırdır
Tarix: 23-04-2025 16:23 | Bölmə: Dünya
Sviridenko: Ukrayna kapitulyasiyaya yox, danışıqlara hazırdır

“Ukrayna Rusiyanın 2022-ci il fevralın 24-də başladığı müharibəyə son qoymaq üçün danışıqlara hazırdır, lakin kapitulyasiyaya yox”.

Reyting.az
xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

Onun sözlərinə görə, bu prinsipial mövqe Ukrayna nümayəndə heyətinin tərəfdaşlarla görüşmək üçün Londonda olması ilə sübut olunur.

“Rusiyaya yenidən qruplaşmaq və daha böyük qəddarlıqla qayıtmaq üçün heç bir razılaşma olmamalıdır. Quruda, havada və dənizdə tam atəşkəs zəruri ilk addımdır. Əgər Rusiya məhdud fasilə seçsə, Ukrayna buna eyni şəkildə cavab verəcək”, - o deyib.

Nazir əlavə edib ki, ukraynalılar sülh pərdəsi altında dondurulmuş münaqişəni qəbul edə bilməyəcəklər. Eləcə də Krımın işğalını tanımayacaq.

“Əgər NATO-ya üzvlük təmin edilməsə, Ukrayna gələcək təcavüzün qarşısını almaq üçün kifayət qədər güclü və davamlı sülhü təmin etmək üçün məcburi təhlükəsizlik təminatlarını tələb edəcək”, - o vurğulayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər