Qəzzaya hücumlar daha 12 ay davam edəcək
Tarix: 29-04-2025 12:32 | Bölmə: Dünya
Qəzzaya hücumlar daha 12 ay davam edəcək

İsrailin Strateji işlər naziri Ron Dermer Qəzzaya hücumları daha 12 ay davam etdirəcəklərini açıqlayıb.

Reyting.az
İsrail mətbuatına istinadla bildirir ki, Ron Dermer bunu Qüdsdə keçirilən konfransda bildirib.

Dermer qələbə qazanmalı olduqlarını iddia etsə də, bu qələbənin nə olduğunu açıqlamayıb. Dermer, “12 ay sonra 7 oktyabr müharibəsi bitəcək. Daha çox ölkə İsraillə sülh istəyəcək, lakin bunun açarı qələbədir”,- deyib.

ABŞ və İran arasındakı danışıqlara da toxunan Dermer əlavə edib ki, ABŞ prezidenti Donald Trampın İsrail üçün “pis olacaq” bir müqavilə imzalamayacağına inanır.

Qeyd edək ki, yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 2222 fələstinli həyatını itirib, 5751 nəfər isə yaralanıb.

7 oktyabr 2023-cü il tarixindən başlanan müharibə nəticəsində Fələstində həyatını itirənlərin sayının 52 min 314 nəfərə, yaralı sayının isə 117 min 792 nəfərə yüksəldiyi qeyd edilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər