Tramp ukraynalı qaçqınları ABŞ-dan qova bilər
Tarix: 24-04-2025 15:49 | Bölmə: Dünya
Tramp ukraynalı qaçqınları ABŞ-dan qova bilər

Hazırda ABŞ-da təxminən 250 min ukraynalı qaçqın yaşayır. Onlar keçmiş prezident Co Bayden administrasiyası dövründə hazırlanmış "Ukrayna üçün birlik" proqramı çərçivəsində bu ölkədə məskunlaşıblar.

Reyting.az
xəbər verir ki, bu ilin aprel ayının əvvəlində ukraynalı qaçqınlar ABŞ-ı tərk etmək üçün məktub alsalar da, sonradan bunun bir yanlışlıq olduğunu deyiblər.

"Bloomberg" yazır ki, ukraynalı qaçqınların bir çoxu siyasi sığınacaq, müvəqqəti status və digər immiqrasiya yardımı üçün müraciət etsələr də, onlara göstərilən yardımın prezident Donald Tramp tərəfin ləğv olunacağından qorxurlar.

Xatırladaq ki, Tramp ABŞ prezidenti kimi ikinci dəfə səlahiyyətlərinin icrasına başladıqdan dərhal sonra əcnəbi vətəndaşlar üçün bütün humanitar şərti azadetmə proqramlarına yenidən baxılması barədə göstəriş verib və onları 90 gün müddətinə dayandırıb.

“Ukrayna üçün birlik” proqramı çərçivəsində ABŞ-a gələn bir çox ukraynalı qaçqın bu yaz Amerika administrasiyasından xəbər gözləyir.

Aprelin 3-də xəbər əvəzinə ukraynalı miqrantlar ABŞ Daxili Təhlükəsizlik Departamentindən “humanitar şərti azad etmə proqramlarına son qoyulduğunu” bildirən elektron məktub alıblar. Üstəlik, məktubda ukraynalılar ABŞ-ı tərk etməyə çağırılıb.

Jurnalistlər müəyyən ediblər ki, ertəsi gün ukraynalı miqrantlara ikinci məktub gəlib və orada əvvəlki bildirişin səhvən göndərildiyi qeyd olunub. Bununla belə, ukraynalılar yardım proqramlarının davam edəcəyinə hələ də şübhə ilə yanaşırlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər