18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Müdafiə Nazirliyi: "Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayıb"
Tarix: 06-07-2020 12:49 | Bölmə: Gündəm
Müdafiə Nazirliyi: "Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayıb"

Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkar edilən naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə məlumatlara münasibət bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlama görə, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur və yalandır: "Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədini güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

Bildiririk ki, Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər