13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
ÜST: "Azərbaycana 432000 doza "AstraZeneca" peyvəndi ayrılıb"
Tarix: 04-03-2021 19:59 | Bölmə: Gündəm
ÜST: "Azərbaycana 432000 doza "AstraZeneca" peyvəndi ayrılıb"

Azərbaycan COVAX-ın peyvənd paylanmasının ilk mərhələsinə daxil edilib və bu çərçivədə ölkəyə 432 000 doza "AstraZeneca" peyvəndi ayrılıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, paylanmanın ilkin tarixləri iki mərhələyə bölünüb: Fevral-mart və aprel-may ayları. Ölkələrə göndərilmə tarixləri barədə ətraflı məlumat növbəti həftəyədək veriləcək.

“COVAX "AstraZeneca" da daxil olmaqla "Pfizer-BioNTech" və digər peyvəndlərin mümkün qədər tez çatdırılmasını təmin etmək üçün lazımi tədbirlərlə bağlı bütün ölkələrlə əməkdaşlığa davam edəcək”, - deyə nümayəndəlikdən bildirilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər